Blinken Qazaxıstanın xarici işlər naziri ilə danışdı
6 Yanvar 2022 21:03 DünyaABŞ Dövlət katibi Entoni Blinken Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi ilə respublikadakı vəziyyətlə bağlı telefonla danışıb.
Olaylar.az "Qafqazinfo"-a istinadən xəbər verir ki, Blinken ABŞ-ın Qazaxıstanda konstitusiya təsisatlarına və media azadlığına dəstək verdiyini bəyan edib, vəziyyəti sülh yolu ilə həll etməyə çağırıb.
Bundan əlavə, Dövlət Departamentinin rəhbəri Avropada sabitliyin təşviq edilməsinin vacibliyini, o cümlədən, Ukrayna ilə bağlı vəziyyəti də müzakirə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31