20 ildir axtarışda olan qatil maska qadağasını pozarkən yaxalandı
6 Yanvar 2022 19:15 DünyaPolşada 20 il axtarışda olan qatil COVID-19 epidemiyası səbəbiylə tətbiq edilən maska qadağasını pozaraq ələ keçib.
Oxu.az xəbər verir ki, Varşavanın polis müfəttişi Elvira Kozlovska paytaxtın şimal-şərqindəki Belyanı şəhərindəki bir mağazada maskasız gəzdiyi üçün saxlanılan şəxsin qətlə görə 25 il həbs cəzası alan qaçaq məhbus olduğunu açıqlayıb.
45 yaşlı məhkum dərhal həbsxanaya aparılıb.
Qaçaq qatilin 2002-ci ildə adam öldürüb parçalayaraq, qurbanın ətini yeməkdə təqsirli bilindiyi qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31