Almatıda küçələrin təmizlənməsinə start verilib

Polislər Almatıda Karasai Batır və Masançi küçələrini təmizləyirlər.

Olaylar.az xəbər verir ki, bu barədə Sputnik Qazaxıstan Teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, qanun pozucularının tutulması istiqamətində tədbirlər görülür.Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ümumilikdə iki minə yaxın adam polisə təhvil verilib.

Ölkənin paytaxtı Nur-Sultanda da öz növbəsində təhlükəsizlik məqsədilə küçələrdə hərbçilərin və polis əməkdaşlarının sayı artırılıb. Yerli sakinlərin sözlərinə görə, şəhərdə vəziyyət sakitdir. Bununla belə, ərzaq mağazaları ətrafında həyəcan azdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31