“Görün Qazaxıstan nə hala salınır ki, Ermənistandan da ora hərbçi göndərilir”
6 Yanvar 2022 17:05 Dünya"Aydındır ki, Qazaxıstanda yaxşı heç nə baş verməyib və hazırda da vermir. Amma gələcəkdə orada hansı proseslərin gedəcəyi daha qayğılandırıcıdır. Bizə dost olan bu ölkə bütövlüyünü qoruyub saxlaya biləcəkmi, öz addımlarında nə dərəcədə müstəqil olcaq və necə bir siyasət yeridəcək- əsas məsələ budur". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, Mərkəzi Asiyanın böyük perspektivlər vəd edən bir ölkəsi nə hala salınır ki, vəziyyəti düzəltmək üçün Ermənistandan da ora hərbçi göndərilir. Ermənistandan ey... acınacaqlıdır: "Söhbət qardaş qazax xalqından getdiyindən hər şeyi çılpaqlığıyla yaza bilmirsən. Sadəcə, onu deyim ki, Qazaxıstanda baş verənləri görüb də ulu öndər Heydər Əliyevi xatırlamamaq, xatırlayıb da onun nə qədər bənzərsiz və nəhəng bir siyasətçi olduğunu anlamamaq mümkünsüzdür".