Rusiyada daha 802 nəfər koronavirusdan ölüb

Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 802 nəfər artaraq 313 817-yə yüksəlib. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.Qeyd olunub ki, son bir gündə daha 15 316 nəfərə COVID-19 diaqnozu qoyulub. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 601 300 nəfərə çatıb. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 9 623 677 nəfər sağalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31