Almatıda polisin başını kəsdilər

Qazaxıstanın Almatı şəhərində baş verən qarşıdurmalarda 12 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

Olaylar.az  oxu.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanı əməkdaşının meyiti başı kəsilmiş halda tapılıb.

"Almatıda qətlə yetirilən asayiş keşikçisi başı kəsilmiş halda tapılıb, bu, dəstələrin terrorçuluğuna sübutdur", - deyə komendaturadan bildirilib.

Daha 353 nəfər güc strukturları əməkdaşının xəsarət aldığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31