"Sevgilim xəyanət etdi, amma yıxılmadım"

Türkiyəli müğənni İrem Derici "İbo Show"nun Yeni il buraxılışında qonaq olduğu zaman açıqlaması ilə gündəmə gəlib.

Olaylar.az xəbər verir ki, müğənni İbrahim Tatlısəsin "Tapa bilmədin birini" sualına belə cavab verib:

"Tapdım kimi oldu, amma sevgilim xəyanət etdi. Çox pis aldadıldım. Ağıllı qadınam, başa düşdüm. 3-4 ay oldu, amma yıxılmadım. Yaxşı obraza girə bilirəm, sürətlə həyatıma adaptasiya oldum".

Mənbə: axsam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31