Nursultan Nazarbayev istefaya göndərildi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.

Olaylar.az xəbər verir ki, Tokayev eks-prezident Nursultan Nazarbayevin Milli Təhlükəsizlik Şurasının sədri postundan azad olunduğunu bildirib.

O, bu gündən Təhlükəsizlik Şurasına sədrlik edəcəyini söyləyib.

Tokayev tezliklə yeni təkliflər paketi ilə çıxış edəcəyini və hazırda paytaxt Astanada olduğunu da qeyd edib. O, paytaxtı tərk etməyəcəyini söyləyib.

Prezident Qazaxıstanda etirazlar zamanı asayiş keşikçiləri arasında qətlə yetirilən şəxslərin olduğunu söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31