Şaurmanı ilk dəfə Kim Çen İr icad edibmiş - VİDEO

Şimali Koreya mətbuatı şaurmanın ilk dəfə olaraq ölkənin keçmiş lideri Kim Çen İr tərəfindən icad edildiyini bildirib.

Olaylar.az xəbər verir ki, bu barədə yerli "Rodong Sinmun" qəzetində məqalə dərc olunub.

Bildirilir ki, ilk şaurma 2011-ci ildə ölkə başçısının tapşırığı ilə hazırlanıb. O da vurğulanır ki, KXDR-in hazırkı lideri Kim Çen In da şaurmanın hazırlanması prosesinə böyük maraq göstərir.

O da bildirilir ki, bu məqalədən sonra Pxenyanda küçə yeməklərinə böyük maraq artıb. Televiziyalarda şimali koreyalıların "buğda kökələri" adlandırdıqları şaurmanı böyük ləzzətlə yemələri barədə süjetlər göstərilir.

Mənbə: oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31