Avtobusla yük maşını toqquşdu, 16 nəfər öldü

Hindistanın şərqində yerləşən Carkxand əyalətində avtobusla yük maşınının toqquşması nəticəsində azı 16 nəfər ölüb, 26 nəfər yaralanıb.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
Yaralılardan 3-nün vəziyyəti ağırdır. Polisin məlumatına görə, qatı duman olmasına baxmayaraq avtobus və yük maşını sürətlə hərəkət edirmiş.
Bildirilib ki, yük avtomobili maye qaz balonları daşıyırımış. Qəza nəticəsində qaz balonlarından partlayan olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31