Rusiyada koronavirusdan ölənlərin sayı 313 mini ötüb
5 Yanvar 2022 13:24 DünyaRusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 828 nəfər artaraq 313 015-ə yüksəlib. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.Qeyd olunub ki, son bir gündə daha 15 772 nəfərə COVID-19 diaqnozu qoyulub. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 585 984 nəfərə çatıb.Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 9 600 728 nəfər sağalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31