Zəncirvari yol qəzası: 7 ölü, 33 yaralı

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Amerika ölkəsi Kolumbiyada zəncirvari yol qəzası nəticəsində 7 nəfər ölüb, 33 nəfər yaralanıb.

Ölkənin mərkəzi hissəsindəki Tolima inzibati bölgəsini paytaxt Boqota ilə birləşdirən Los Venados tunelində əyləci nasaz olan yük maşını 15 avtomobili vurub.

Qəzada 7 nəfər ölüb, 33 nəfər yaralanıb.

Nəqliyyat naziri Angela Maria Orozco sosial media hesabından paylaşım edərək, qəzaya görə dərin hüznünü ifadə edib və mərhumların ailələrinə başsağlığı verib.

Rayondakı xəstəxanalarda müalicə alan yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Rəsmi məlumatlara görə, Kolumbiyada son 3 ayda yol qəzalarında 6 min nəfər ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31