Qazaxıstanda etirazlar davam edir

Olaylar.az TASS-a istinadən xəbər verir ki, yanvarın 2-də Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri yanacağın qiymətinin aşağı salınması ilə bağlı müraciətlə kütləvi şəkildə küçələrə çıxıblar. Daha sonra etirazlar bütün Qazaxıstana yayıldı. Etirazçılarla görüşdən sonra hakimiyyət Manqistau vilayətində maye qazın qiymətinin aşağı salındığını elan etsə də, vəziyyət sabitləşməyib. Etirazçılar iğtişaşlar törədiblər və polis fışqırıqlardan istifadə etməyə başlayıb.

Alma-Atada asayişin təmin edilməsi və ekstremizmə qarşı mübarizə əməliyyatı davam edir, sakinlərdən piyada getməkdən çəkinmələri xahiş olunur, komendantlıq xəbərdarlıq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31