11 milyona aldıqları villanı 18 aydan sonra satırlar - FOTOlar

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl yeni aldıqları Santa Barbara malikanələrini satışa çıxarıblar.

Olaylar.az xəbər verir ki, cütlük cəmi 18 aydır yaşadıqları əmlakdan razı qalmadıqları üçün bu addımı atıb.

Villada 9 yataq, 16 vanna otağı, şərab anbarı, nəhəng uşaq meydançası, idman zalı, hovuz, tennis kortu, sauna, çay evi və kitabxana var.

Cütlüyün 11 milyon sterlinqə aldığı evin satış qiyməti hələlik məlum deyil.

Mənbə: axsam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31