"Süslü Korkuluk" serialında Çağatay Ulusoyun tərəfdaşı bu aktrisa oldu - FOTO
3 Yanvar 2022 18:38 DünyaAcun Ilıcalıcının xəbər verdiyi Süslü Korkuluk serialının kişi baş rolunun ifaçısı Çağatay Ulusoyun tərəfdaşının aktrisa Alina Boz olduğu iddia edildi.
Olaylar.az xəbər verir ki, TV8 kanalının yeni serialı "Süslü Korkuluk" fraqmentini Acun Ilıcalı paylaşmışdı. Daha sonra isə serialda baş rolun ifaçısı uzun zamandır ekranlarda olmayan Çağatay Ulusoyun olmağı hər kəsi həyəcanlandırdı. Üstəlik Çağatay Ulusoyun hər bölümə görə 450 bin TL (təxminən 58,253 AZN) alacağı da iddia edildi.
Serialın fevral ayında yayımlanması planlaşdırılır.
Ulusoyun tərəfdaşının kim olacağı, hansı aktrisanın seçilməyi və bu qərar maraq dairəsində idi. "AŞK101" və "Maraşlı" seriallarıyla ulduzu parlayan istedadlı və gənc aktrisa Alina Boz oldu.
Mənbə: mynet.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31