Cəmi 2 bölümü yayımlanan məşhur şou etirazla qarşılandı
3 Yanvar 2022 18:10 DünyaYeni ilin ilk günü FOX TV-də start götürən "Maske kimsin sen?" yarışması qalmaqal yaradıb.
Olaylar.az xəbər verir ki, müzakirəyə səbəb olan müsabiqə sosial media istifadəçilərini iki yerə ayırıb. Bəziləri proqramı bəyənsə də, digər qism verilişə sərt reaksiya verərək satanizm və paqanizmin təbliğatı getdiyini vurğulayıb. Onlar #foxtvhaddinibil həşteqi ilə yüzlərlə paylaşım ediblər.
Paylaşımlardan sonra Türkiyənin Radio və Televiziya Şurası - RTÜK açıqlama yayaraq veriliş haqda yoxlama başladığını bildirib.
Mənbə: olay.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31