Bu il daha soyuq olacaq - Alimlərdən proqnoz
3 Yanvar 2022 16:02 DünyaÜmumdünya Vəhşi Təbiət Fondunun (WWF) iqlim proqramının direktoru Aleksey Kokorin 2022-ci ilin bütün Yer kürəsində 2020-ci ilə nisbətən daha soyuq keçəcəyini proqnozlaşdırıb.
Olaylar.az xəbər verir ki, mütəxəssisin fikrincə, bu, Sakit okeanın cənubunda soyuq suyun səthə çıxmasını nzərdə tutuan La Nina iqlim fenomeninin inkişafı ilə əlaqədar baş verəcək. Fenomen planetdə orta temperaturun aşağı düşməsinə kömək edəcək.
O qeyd edib ki, temperaturun azalması qlobal istiləşmə ilə bağlı proseslərin inkişafına təsir göstərməyəcək.
"Bu, hər hansı bir trend dəyişikliyi demək deyil. Bu, sadəcə təbii prosesdir", - deyə o əlavə edib
Mənbə: oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31