Koronavirus keçirənlər üçün vacib məsləhət - Akademikdən açıqlama
3 Yanvar 2022 15:30 DünyaKoronavirus keçirənlər tənəffüs əzələlərini bərpa etmək üçün hər saat 15 dəqiqə ucadan oxumalıdırlar.
Olaylar.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki Leo Bokeriya açıqlayıb.
"Bir çox dostlarıma və tanışlarıma xəstələndikləri zaman hər hansı mətni 15 dəqiqə, bir saatdan bir 15 dəqiqə ərzində ucadan oxumağı tövsiyə edirəm", - deyə o bildirib.
Onun sözlərinə görə, koronavirusu keçirənlərin tənəffüs əzələlərinin, xüsusən də qabırğaarası əzələlərin yaxşı işləməsinə nail olması vacibdir. Bu kontekstdə ucadan oxuma üsulu ən təsirlisidir.
"Hətta sizin üçün darıxdırıcı olmasın deyə soyuducunun üzərindəki qeydi də oxuya bilərsiniz", - deyə mütəxəssis məsləhət görüb.
Mənbə: oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31