Pandemiya bu il başa çatacaq - Altşteyn

Rusiyanın virusologiya üzrə professoru, Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin baş elmi işçisi Anatoli Altşteyn COVİD-19 pandemiyasının bu il bitəcəyini açıqlayıb.

Olaylar.az xəbər verir ki, o, bu barədə "Ura.ru"ya müsahibəsində bildirib.

"2022-ci ildə pandemiyaya son qoya bilərik, çünki vaksinlər var, peyvəndləri təkmilləşdirmək, habelə onu istehsal etmək imkanı var. Mən təkcə Rusiyadan deyil, ümumilikdə dünyadan danışıram", - o deyib.

Altşteynin sözlərinə görə, normal həyata qayıtmaq üçün profilaktik tədbirlərə riayət etmək və peyvənd olunmaq lazımdır, əks halda pandemiya 2023-cü ildə də davam edəcək.

Mənbə: sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31