Məsciddə “wi-fi” parolu dəyişdi, dava düşdü
31 Dekabr 2021 23:25 Dünyaİndoneziyanın Medan şəhərindəki məsciddə olan iki yeniyetmə "wi-fi" parolunu dəyişən məscid işçilərinə hücum edib.
Olaylar.az xəbər verir ki, hadisəyə səbəb yeniyetmələrin video oyun oynayarkən internetin kəsilməsi olub.
Oyunları pozulan yeniyetmələr məsciddə işçilərin olduğu otağa basqın ediblər.
Şəxsi heyət olduğu ehtimal edilən 3 nəfərin qaçdığı anlar təhlükəsizlik kamerasına əks olunub.
Məscid işçiləri hadisə yerinə polis çağırıb. Polis baş verənləri təsdiqləyib və yeniyetmələrin nəzarətə götürüldüyünü bildirib.
Mənbə: milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31