Avropada İslamofobiya cinayətləri artıb - Hesabat

2020-ci ildə Avropa ölkələrində COVID-19 pandemiyası fonunda İslamofobiya geniş yayılmağa davam edib.

Olaylar.az bildirir ki, bu barədə Avstriyanın Leopold Vayss İnstitunun yayımladığı 800 səhifədən çox "Avropa İslamofobiya" hesabatında deyilir.

Qeyd olunur ki, ötən il pandemiya ilə bağlı qapanmalara görə müsəlmanlara fiziki hücumlar azalsa da, sosial şəbəkələrdə İslam düşmənçiliyi geniş vüsət alıb.

Təkcə Almaniyada 2020-ci ildə 901 İslamofobiya cinayəti qeydə alınıb. Bunlardan 146-sı məscidləri, 48-i isə insanları hədəf alıb.

Avstriyada 2019-cu ildə 385 İslam əleyhinə qanun pozuntusu qeydə alınmışdısa, 2020-ci ildə bu rəqəm 812-yə çatıb.

Fransada isə müsəlmanlara qarşı aksiyalar iki il ərzində 77 faiz artıb. Belə ki, 2019-cu ildə bu cür aksiyaların sayı 154 idisə, 2020-ci ildə bu göstərici 235-ə çatıb.

Mənbə: trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31