Macarıstan oyuna qoşulur: Ermənisatana 5 əsir, 100 min doza vaksin hədiyyəsi...

"Bu jest Budapeştin Ermənistanla münasibətləri normallaşdırmaq cəhdindən xəbər verir". 

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy Azərbaycanın humanist prinsipləri əsas tutaraq, 5 erməni həbrçisi və bir mülki şəxsi Ermənistana təhvil verməsində Macarıstanın vasitəçi olması, eyni zamanda, bu dövlətin İrəvana pulsuz 100 min doza AstraZeneca vaksini verməsi faktlarını dəyərləndirərkən deyib. Ekspertin sözlərinə görə, Macarıstanın prosesə qoşulmasını Avropa İttifaqı təşviq edib:     

"Belə ki, Ramil Səfərovun Azərbaycana ekstradisiyasından sonra, İrəvan Budaşeştlə münasibətləri demək olar ki, dayandırmışdı. Macarıstanın Ermənistanla münasibətləri normallaşdırmaq cəhdi də iki istiqamətdə öyrənilir. Şərq Tərəfdaşlığı proqramı şərçivəsində Cənubi Qafqazda Avropa İttifaqının fəaliyyəti güclənir və belə görünür, həmin prosesdə Macarıstanın da rolu artacaq. Aİ-nin bölgəyə maraqlarında aktiv olması üçün potensial imkanlara malik müxtəlif aktorlar var. Bu mənada düşünürəm ki, Macarıstanın Ermənistanla münasibətləri normallaşdırmasını və bölgədə fəallaşmasını Aİ təşviq edir. Macarıstan son dövrlər türk dünyası, Türkiyə və Azərbaycanla fəal şəkildə münasibətləri inkişaf etdirir. Budapeşt Türk Dövlətləri Təşkilatinda müşahidəçi statusla iştirak edir. Bu minvalla önümüzdəki dönəmdə Macarıstanın bölgəmizdə fəallaşması ehtimalı da var". 

N. Cəfərsoy düşünür ki, Macarıstanın bu addımı Azərbaycanın da maraqlı olduğu məsələlərdəndir:

"Bakı da bu prosesə dəstək verir. Erməni əsirlərin Macarıstan üzərindən verilməsi Budapeştin İrəvana yönəlik siyasətinə həm də dəstəkdir. Belədə Bakı da Macarıstanın Ermənistan cəmiyyətində imicinin yaxşılaşmasına töhfə vermiş olur. Əsirlərin qaytarılması və vaksin verilməsi məsələsi bu mənada Ermənistan ictimai rəyinə hesablanmış humanitar məsələdir". 

Mənbə: qaynarinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31