40 yaşlı kişi peyvənd vurdurmamaq üçün ağaca dırmaşdı

Hindistanda maraqlı hadisə yaşanıb.

Olaylar.az bildirir ki, Puduçeri bölgəsində yaşayan bir adam koronavirus əleyhinə vaksin vurdurmaq üçün evinə gələn səhiyyə işçilərindən qaçaraq ağaca dırmaşıb.  Çalışanlar və sakinlər peyvəndin xəstəliyin qarşısını almaq üçün lazım olduğunu və kənddə bir çox insanın vaksin vurdurduğunu deyərək, 40 yaşlı kişini aşağı enmək üçün razı salmağa çalışsalar da, bu mümkün olmayıb.

Səhiyyə qrupunu ələ salan şəxs peyvəndi vurdurmaq üçün onlardan ağaca dırmaşmağı istəyib, lakin səhiyyə işçiləri peyvənd vurmaqdan əl çəkərək ərazini tərk ediblər.

Qeyd edək ki, Hindistanın Puduçerri bölgəsində yerli hökumət əhalinin 100 faizini peyvəndlə təmin etmək üçün kampaniyaya başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31