Bu ölkədə  7,4 bal gücündə zəlzələ baş verdi

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,  İndoneziyanın Maluku əyalətinin cənub sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.

Bu barədə İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyindən verilən açıqlamada bildirilib. 

Məlumata görə, zəlzələnin episentrinin Maluku əyalətinin Cənub-Qərbi Maluku Regency şəhərindən 45 kilometr şimal-qərbdə olduğu bildirilir. Qeyd olunub ki, zəlzələnin episentrinə yaxın ada və qəsəbələrdə güclü təkan hiss olunub. Sunami xəbərdarlığı verilməsə də, əks zəlzələ ilə bağlı xəbərdarlıq edilib. İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyindən indiyədək heç bir insan tələfatı və ya dağıntı barədə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31