Bu ölkədə 800-ə yaxın şəxs “Omikron”a yoluxdu

Hindistanda 800-ə yaxın şəxsin "Omikron" ştamına yoluxma halı müəyyən edilib. Yoluxanların demək olar ki, üçdə biri paytaxt Dehli sakinləridir.
Olaylar.az xəbər verir ki, Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, bu günə qədər 241 "Omikron" xəstəsi müalicə edilərək sağlamlığına qovuşub.
Bu günə qədər Hindistanın 21 ştatında "Omikron"a yoluxma qeydə alınıb. Hindistanda "Omikron"a ilk yoluxma halı dekabrın ikisində müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31