Su bilib içdi, öldü – Oteldən 31 yaşlı qadının cəsədi tapıldı – FOTO

Türkiyənin İzmir şəhərindəki oteldə bədbəxt hadisə baş verib.

Olaylar.az  metbuat.az-a istinadən xəbər verir ki, otelin ictimaiyyətlə əlaqələr bölməsində işləyən 31 yaşlı Özdə Civic kimyəvi mayeni içərək həyatını itirib. Məlum olub ki, su qabı ilə kimyəvi maddənin olduğu qab yan-yana olub. Qadın qabların içində su olduğunu güman edib.

Nəticədə qadın içində su deyil, kimyəvi maddə olan qabdan su içib. Polis məsələ barədə araşdırmalara başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31