Ermənistanda koronavirusa yoluxanların sayı 344 826-ya çatdı
30 Dekabr 2021 11:18 DünyaErmənistanda son sutkada daha 109 nəfərdə COVID-19 aşkarlanıb. Olaylar.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 344 826-ya çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 7 968-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 505 nəfərdir. İndiyədək 331 348 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 4 005 aktiv koronavirus xəstəsi var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31