Dərsə gedərkən donub öldü
30 Dekabr 2021 10:27 DünyaRusiyanın Moskva vilayətində 11 yaşlı uşaq donaraq ölüb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, məktəblinin cəsədi vilayətin Dubna şəhərində aşkar edilib.
İlkin məlumata görə, yeniyetmə səhər saatlarında məktəbə getmək məqsədi ilə evdən çıxsa da, son ünvana çata bilməyib.
Sosial şəbəkələrdə yayılan məlumatda isə məktəblinin səhv nömrəli avtobusa mindiyi, lakin geri qayıtmaq üçün pulu olmadığından piyada hərəkət etmək məcburiyyətində qaldığı bildirilir.
Hazırda aidiyyəti qurumlar informasiyanın nə qədər doğru olub-olmadığını araşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31