Qazaxıstanda ölüm hökmünün ləğvi rəsmiləşdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölüm hökmünün ləğvi ilə bağlı qanunvericiliyə dəyişiklikləri imzalayıb.

Olaylar.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qanun cinayət, cinayət-prosessual, cinayət məcəllələrinə və bir sıra qanunlara dəyişiklikləri nəzərdə tutur.

Cinayət Məcəlləsində müstəsna cəza tədbiri kimi "ölüm cəzası" maddəsi tamamilə çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31