Almaniya və Rusiyanın  diplomatları tezliklə görüşəcəklər

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Baerbok yaxın vaxtlarda rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Bu barədə hökumət sözçüsü Volfqanq Büçner dekabrın 29-da brifinq zamanı bildirib.

"Almaniyanın xarici işlər naziri Annalena Baerbock yaxın gələcəkdə Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşmək planlarını açıqlayıb" - sözçü bildirib.

Məlumata görə, ATƏT platforması çərçivəsində Qərb və Rusiya da danışıqlar aparmağa hazırlaşır.

Lavrov daha əvvəl qeyd edib ki, Almaniyanın yeni baş diplomatı Rusiyaya səfər dəvətini qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31