Koronavirusdan ölənlərin sayı - 932 nəfərə çatıb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyada son sutka  ərzində 21,119 yeni təsdiqlənmiş COVID-19 infeksiyası qeydə alınıb.Yoluxmaların ümumi sayı 10,458,271-ə çatıb. 

Bu barədə koronavirusla mübarizədə böhran mərkəzindən məlumaty verilib.

Yoluxmaların nisbi artım tempi  0,2% təşkil edib.

Xüsusilə də, son sutkada Sankt-Peterburqda- 1526 yeni yoluxma, Moskvada- 1342, Sverdlovskda- isə -533 yeni yoluxma halı aşkar edilib. Həmçinin, Çelyabinskdə- 502, İrkutskda isə 499 yeni yoluxma halı qeydə alınıb.

Hazırda Rusiyada 771 026 xəstənin müalicəsi davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31