Fransada müsəlmanlar yenidən hədəfə alınıb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransada eyni bölgədə 2 məscidə qarşı İslam əleyhinə hücumlar təşkil edilib.Şateau-Gontier-sur-Mayenne şəhərində küçədə müsəlmanları hədəf alan irqçi yazılar yazılıb.

Fransa mətbuatında yer alan xəbərə görə, dekabrın 27-dən 28-nə  keçən gecə Mure və Domene şəhərlərində 2 məscid irqçi hücumların hədəfinə çevrilib.

Şəhərdəki müsəlman türk icmasının idarə etdiyi La Mure məscidinə gələn camaat binanın qarşısındakı zibil qutularının aşdığını, poçt qutusunun və qapı dəstəyinin zədələndiyini, kiçik bir türk bayrağının isə qismən yandığını aşkar edib.

Camaat məscidin divarında "Müsəlmanlar zərərlidir", "İslam Avropadan kənardadır" kimi İslam əleyhinə yazılarla rastlaşıb.

Məscid səlahiyyətlilərinin xəbəri ilə hadisə yerinə gələn təhlükəsizlik qüvvələri hücumla bağlı araşdırmalara başlayıb.

Digər tərəfdən, Domene şəhərində sərxoş olduğu zənn edilən şəxs dekabrın 27-də axşam saatlarında şəhərdəki məscidə daxil olaraq ətrafa ziyan vurub, kağız süfrəyə imam və camaatı terrora təhrik etməkdə ittiham edən ifadələr yazıb.

Məscidə girənlərin fərqinə varan hücumçu müdaxiləyə baxmayaraq qaça bilib.

Rayon prokurorluğu hücumla bağlı təhqiqat başlatarkən, təhlükəsizlik qüvvələri iki hücum arasında əlaqənin olub-olmadığını araşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31