Putin Ermənistanla konstruktiv münasibətlərin inkişaf edəcəyinə əmin olduğunu bildirib
29 Dekabr 2021 13:47 DünyaRusiya prezidenti Vladimir Putin yeni il və Milad bayramları münasibətilə erməni həmkarı Armen Sarkisyana ünvanladığı təbrik məktubunda iki ölkə arasında konstruktiv əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib,
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan liderinin mətbuat xidmətindən bildirilib.
"Rusiya-Ermənistan münasibətləri yaxşı dostluq ənənələrinə, mədəni və mənəvi yaxınlığa əsaslanır. Əminəm ki, qarşıdan gələn ildə ikitərəfli müttəfiqlik qarşılıqlı fəaliyyəti, müxtəlif sahələrdə konstruktiv əməkdaşlıq daha da inkişaf etdiriləcək. Qardaş xalqlarımızın mənafeyi naminə regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi bizim maraqlarımızdır", - Ermənistan prezidentinin saytında yerləşdirilən mesajda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31