Putin Rusiya vətəndaşlığı haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına "Rusiya Federasiyasının vətəndaşlığı haqqında" qanun layihəsi təqdim edib.
Olaylar.az xəbər verir ki, qanun layihəsi dövlət başçısının Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada əldə etmək hüququ olan şəxslərin kateqoriyalarının müəyyən edilməsində səlahiyyətlərini genişləndirir. Eyni zamanda, sadələşdirilmiş vətəndaşlıq hüququ olan şəxslər kateqoriyasına investorlar və ixtisaslı mütəxəssislər daxil edilməyib.
Qeyd edək ki, 2021-ci ilin yanvar-noyabr ayları ərzində 667 939 əcnəbi Rusiya vətəndaşlığını qəbul edib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə (563 342 nəfər) təxminən 105 min nəfər çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31