Türkiyədən Cənubi Qafqaza yeni avtomobil tuneli açılır
28 Dekabr 2021 21:13 DünyaSabah Türkiyə ilə Cənubi Qafqaz ölkələri arasında yeni avtomobil tuneli açılır.
Olaylar.az xəbər verir ki, Türkiyənin şərqində açılacaq "Pırınkayalar" tuneli yeni nəqliyyat arteriyasına çevriləcək.
Tunel Ərzurum vilayətinin Uzundərə rayonu ilə Artvin şəhərini birləşdirəcək və 2 246 m uzunluğa malikdir.
Açılış mərasiminin iştirakçılarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans formatında müraciət edəcək.
Yeni tunel Türkiyə-Gürcüstan sərhədi istiqamətində yolun vacib hissəsini təşkil edəcək. Bununla da Anadolunun şimal-şərqində yerləşən dağlıq rayonları vasitəsilə yük daşımaları asanlaşacaq.
Mənbə: teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31