Küveyt əmiri yeni hökumətin formalaşması barədə sərəncam verib
28 Dekabr 2021 20:55 DünyaKüveyt əmiri şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah ölkədə yeni hökumətin formalaşması barədə sərəncam imzalayıb.
Olaylar.az-ın məlumatına görə, baş nazir vəzifəsinə şeyx Sabah Xalid əl-Həməd əs-Sabah təkrar təyin olunub.
Yeni hökumətdə 15 nazir yer alacaq.
Qeyd olunur ki, onun rəhbərlik etdiyi keçmiş hökumət noyabr ayında istefaya yollanmışdı.
Ümumilikdə, şeyx Sabah Xalid 2019-cu ildən bəri dördüncü dəfə hökumətə rəhbərlik edəcək.
Mənbə: trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31