Fransada daha bir məscid bağlandı
28 Dekabr 2021 16:44 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın Beauvais şəhərində Bilal məscidi ilə bağlı qərar çıxarılıb və bunun üçün radikal məzmunlu xütbələr oxunduğu əsası ilə 6 ay müddətinə bağlanması üçün qanuni tədbir görülüb.
Fransa mətbuatında yer alan xəbərlərə görə, Oise Valiliyi dekabrın 14-də Beauvais şəhərindəki Bilal məscidini 6 ay müddətinə bağlamaq qərarı verib və bunun üçün radikal moizələrin təbliğ olunduğu səbəbiylə bağlanması üçün hüquqi prosesə başlayıb.
Xütbələrin cihadı, kin və şiddəti təbliğ etdiyi iddia edilən məscidlə bağlı qərar 2 gün ərzində icra olunacaq.
Fransa Daxili İşlər Naziri Gerald Darmanin dekabrın 14-də verdiyi açıqlamada, radikal moizələr oxunduğu, xristianlara, homoseksuallara və yəhudilərə qarşı mübarizə aparıldığı səbəbilə Beauvais şəhərindəki Bilal məscidinin bağlanması üçün hüquqi prosesin başladığını açıqlamışdı.
Darmanin, qərarın ekstremizm qanunu kimi tanınan Cümhuriyyətin Dəyərlərinə Hörməti Gücləndirən Prinsiplər qanunu çərçivəsində qəbul edildiyini bildirib.
Məscidin hüquqşünası Samim Bolaky qərara reaksiya verərək, İmamın verdiyi suala cavab olaraq dininin hökmlərini bölüşdü və moizələrinin məzmunu ifratçılıq kimi səciyyələndirilməyəcək.
Bolaky bildirib ki, Beauvaisdəki müsəlman icması məscidi bağlamaq cəhdi ilə cəzalandırılmaq istəyir.