Təyyarə qəzaya uğrayıb: Elektrik xətləri qırıldı

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında kiçik təyyarə qəzaya uğrayıb. Ölən və yaralananların sayı ilə bağlı açıqlama verilməyib.  Nəticədə elektrik naqilləri qırılıb, 600-ə yaxın insan işıqsız qalıb. Qəza San Dieqo şəhərində baş verib.

Qəsəbəyə düşən kiçik təyyarə partlayıb, daha sonra yanğın başlayıb.

Evlərin yaxınlığında baş verən yanğını söndürmək üçün çoxlu sayda yanğınsöndürən maşın göndərilib.

Qəza nəticəsində ölən və ya xəsarət alanların olub-olmadığı barədə hələ ki,  məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31