“Pandemiyanın nə vaxt bitəcəyini bilmirəm, amma necə bitəcəyini bilirəm” – ÜST rəsmisi
28 Dekabr 2021 12:40 DünyaÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa direktoru Hans Kluge dünya əhalisinin 70 faizinin koronavirusa qarşı peyvənd olunduqdan sonra pandemiyanın sonlanacağını bildirib.
Olaylar.az xəbər verir ki, ÜST rəsmisi pandemiyanın dəqiq olaraq nə vaxt bitməsini bilməyin qeyri-mümkün olduğunu deyib:
"Gələcəkdə yeni və daha təhlükəli mutasiyalar görüb-görməyəcəyimizi söyləmək mümkün deyil. Pandemiyanın nə vaxt bitəcəyini bilmirəm, amma bunun necə bitəcəyini sizə deyə bilərəm. Dünyada peyvəndlənmə nisbətinin 70%-ə çatması və koronovirusa yoluxmuş
insanların müalicəsində istifadə olunacaq effektiv və təhlükəsiz dərmanlar hazırlananda pandemiya sona çatacaq".
Koronavirusun qrip kimi endemik hala gələ biləcəyini ifadə edən Kluge "ümid edirik ki, təbii və peyvəndlərlə immuniteti artırılması bu pandemiyaya son qoyacaq. Yoluxmanın qarşısını almaq bizim əlimizdədir. İndi biz koronadan azad olmaya bilərik, amma pandemiyadan azad ola bilərik", - deyə qeyd edib.