Taliban yaraqlıları Kabildə etiraz edən qadınlara atəş açıb
28 Dekabr 2021 11:36 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları dekabrın 28-də Kabildə etiraz aksiyasında iştirak edən qadınlara atəş açıblar.
Bu barədə Əfqanıstanın "Asvaka" xəbər agentliyinin verdiyi məlumata yayıb.
Məlumata görə, hadisə İtaliyan Təcili Yardım humanitar təşkilatı xəstəxanasının yaxınlığında baş verib. Ölənlər və yaralananlar barədə məlumat verilməyib.
Bundan əvvəl TOLOnews telekanalı bir qrup qadının Əfqanıstan paytaxtında öz hüquqlarına riayət edilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyası keçirməsi barədə məlumat yayıb. Video görüntülərə görə, aksiyada onlarla qadın iştirak edib.
Bayden administrasiyası Vaşinqtonun Əfqanıstanda 20 illik hərbi əməliyyatının başa çatdığını və qoşunlarının çıxarılmasına başladığını elan etdikdən sonra Taliban Əfqanıstan hökumət qüvvələrinə qarşı hücuma keçib.
Avqustun 15-də Taliban döyüşçüləri heç bir müqavimətə rast gəlmədən Kabilə daxil olub və bir neçə saat ərzində Əfqanıstan paytaxtına tam nəzarəti ələ keçirib. Əfqanıstan prezidenti Əşrəf Qani hər hansı qan tökülməsinin qarşısını almaq üçün istefa verdiyini və daha sonra ölkədən qaçdığını bildirib. Sentyabrın 6-da Taliban Əfqanıstanda tam qələbə qazandığını elan etdi və sentyabrın 7-də hələ heç bir ölkə tərəfindən rəsmi olaraq tanınmayan müvəqqəti hökumət qurdu.