Gürcüstanda daha 2 676 nəfərdə COVID-19 aşkarlanıb
28 Dekabr 2021 11:10 DünyaGürcüstanda son sutkada koronavirusa 2 676 yeni yoluxma halı qeydə alınıb, 2 966 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Məlumata əsasən, daha 63 nəfər virusun səbəb olduğu ağırlaşmalardan vəfat edib.
Hazırkı dövrədək Gürcüstanda 928 030 nəfərin COVID-19-a yoluxduğu müəyyən olunub. Onların 888 022-si sağalıb, 13 646-sı isə ölüb.
Bu günə olan aktiv xəstə sayı 26 336-dır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31