Ermənistan post-sovet regionunda işsizlik səviyyəsinə görə liderdir
28 Dekabr 2021 11:06 DünyaErmənistan işsizlik səviyyəsinə görə keçmiş SSRİ məkanında ilk yerdə qərarlaşıb.
Olaylar.az xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatı və Dünya Bankının hesabatında deyilir.
Qeyd olunur ki, 2020-ci ilin göstəricilərinə əsasən, Ermənistan dünyada 7-ci yerdədir Ölkədə işsizlik səviyyəsi 20,2 faizə bərabər olub.
"Post-sovet məkanında ikinci yerdə 12,1 faiz işsizliklə Gürcüstan qərarlaşıb. Ukraynada işsizlik səviyyəsi 9,5 faiz, Azərbaycanda 6,3 faiz, Rusiyada 5,7 faiz təşkil edib. Regionda ən az işsizlik səviyyəsi Türkmənistanda qeydə alınıb - 4,4 faiz", - hesabatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31