Fransanın cənub regionunda koronavirusa görə reanimasiyaların 99 faizi dolub
27 Dekabr 2021 20:16 DünyaFransanın cənubundakı Provans-Alp-Mavi sahil regionunda koronavirusa yoluxma sayının kəskin artması ilə əlaqədar xəstəxanalarda reanimasiyaların 99 faizə yaxını dolub.
Olaylar.az-ın məlumatına görə, bunu Fransanın ictimai səhiyyə sahəsində Ali Araşdırmalar Məktəbinin professoru Paskal Krepe deyib.
O bildirib ki, yoluxma halları ilə əlaqədar ümumilikdə Fransanın cənubunda vəziyyət kritikdir. Digər cənub regionu olan Overn-Rona-Alpda reanimasiyaların 80 faizi dolub.
Qeyd edək ki, bu günədək Fransada 9,1 milyondan çox şəxs koronavirusa yoluxub, 123 mindən çox şəxs ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31