Tonqa Krallığında 5,5 bal gücündə zəlzələ baş verib

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,  Sakit okeanda Tonqa Krallığının sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə dekabrın 27-də Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb .

Onun sözlərinə görə, yeraltı təkanların episentri krallığın paytaxtı Nukuchr("39")alofa şəhərindən təqribən 105 km cənub-şərqdə (əhali təxminən 22,4 min nəfər) yerləşib. Fokus 30 km dərinlikdə yerləşirdi.

Sunami təhlükəsi, dağıntılar və insan tələfatı barədə məlumat daxil olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31