Udmurtiyada helikopter qəzaya uğrayıb
27 Dekabr 2021 16:08 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, helikopter Udmurtiyanın Yakşur-Bodinski bölgəsində qəzaya uğrayıb.
Bu barədə Aviasiya xidmətlərindən dekabrın 27-də TASS-a verilən məlumatda bildirilir.
"Moskva vaxtı ilə saat 14:00 radələrində Udmurtiyanın Yakşur-Bodinski bölgəsində helikopterin qəzaya uğraması barədə məlumat daxil olub. O, neft kəmərinə baxış keçirirmiş", - agentliyin həmsöhbəti bildirib.
Əvvəlcə helikopter Kazandan havaya qalxıb. Onun mənsubiyyəti müəyyən edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31