Rusiyanın NATO-ya daxil olması mümkün deyil-Lavrov
27 Dekabr 2021 14:17 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Şimali Atlantika Alyansına daxil olması qeyri-mümkündür, çünki Qərb beynəlxalq arenada təsir gücünə malik rəqiblərin olmasını istəmir.
Bu barədə dekabrın 27-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov " Soloviev Live" YouTube kanalı üçün Vladimir Solovyova eksklüziv müsahibəsində bildirib .
Məlumata görə, Rusiyanın NATO-ya daxil olması vəziyyətinin müəyyən şərtlərlə, xüsusən də bərabərhüquqlu və tərəfdaşlıq əsasında mümkün olub-olmaması sualına cavab verən diplomatik xidmət rəhbəri belə bir fürsət görmədiyini qeyd edib.
"Mən belə bir vəziyyət görmürəm, çünki bütün proses təsir baxımından NATO və ya Avropa İttifaqı ətrafında getmir, Qərbin beynəlxalq arenada zərrə qədər müqayisə oluna bilən rəqiblərinin olmasını istəməməsi ətrafında cərəyan edir", - diplomatik idarənin rəhbəri bildirib.