İranda 5,2 bal gücündə zəlzələ baş verib

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,   dekabrın 27-də İranın cənubunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb .

Məlumata görə, təbii fəlakətin episentri təxminən 352 min insanın yaşadığı Bəndər Abbas şəhərindən 59 km şimalda olub. Zəlzələ  10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31