Saakaşvili səhhətindəki problemlərə görə məhkəmə iclasında iştirakdan imtina edib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili səhhəti pisləşdiyi üçün dövlət vəsaitinin mənimsənilməsi işi üzrə məhkəmə iclasında iştirak etməyəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə onun şəxsi həkimi Nikoloz Kipşidze jurnalistlərə məlumat verib.
"Bazar ertəsi gecə mən Mixail Saakaşvilini müayinə etdim və onun səhhəti pisdir. Ona görə də o, bugünkü məhkəmə prosesində iştirak etməkdən imtina etdi", - deyə həkim bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31