Ermənistanda koronavirusdan ölənlərin sayı 7950-a yüksəlib
27 Dekabr 2021 11:26 DünyaErmənistanda son sutkada daha 59 nəfərdə COVID-19 aşkarlanıb.
Olaylar.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 344 540-a çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 7 950-yə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 499 nəfərdir. İndiyədək 330 841 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 4 669 aktiv koronavirus xəstəsi var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31