Güclü yağışların selə səbəb olması nəticəsində, ölənlərin sayı 18-ə yüksəlib
27 Dekabr 2021 10:47 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliyanın Bahia əyalətində güclü yağışların yaratdığı sel fəlakətində onlarla şəhər su altında qalıb, həyatını itirənlərin sayı 18-ə yüksəlib.
Bu barədə Bahia Dövlət Mülki Müdafiə və Mühafizə Nəzarəti (Sudec) tərəfindən edilən açıqlamada bildirilib.
Məluçata görə, noyabr ayından bəri davam edən yağışlar nəticəsində bölgədə həyatını itirənlərin sayının 18-ə yüksəldiyi, 2 nəfərin isə itkin düşdüyü bildirilib. Son bir həftədə leysan yağışları səbəbiylə meydana gələn sel fəlakətlərinin 430 min 869 nəfərin zərər çəkdiyi qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31